Ofis Ziyarəti – Sabiroğlu 30.06.2021

Bugün növbəti biznes görüşümüz avtomobil ehtiyat hissələri sektorunda fəaliyyət göstərən, partnyorumuz “Sabiroğlu” şirkətində baş tutdu. Şirkətin təsisçisi İman bəy bizə şirkətin fəaliyyəti və məhsulları haqqında ətraflı məlumat verdi. Görüşdə iştirak edən partnyorlarımız da bir-birləri ilə yaxından tanış oldu və öz işləri haqqında məlumat verdilər Sonda isə, “Sabiroğlu” şirkəti tərəfindən MARSOL partnyorlarına xüsusi endirimləri olacağı qeyd edildi. İştirak edən hər kəsə təşəkkür edir işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Pro Con İzo
Slavyanka
Sabiroğlu MMC
Formag Logistika
Marsol MMC
ERZ Mebel
Finplast
Kartpak

Sabiroğlu MMC 1992-ci il tarixindən Azərbaycan Respublikasında fəaliyyət göstərir. Sabiroğlu MMC ölkənin daxili bazarında müxtəlif növ iş texnikaları və yük avtomobillərinin original və keyfiyyətli ehtiyat hissələrinin ölkəyə idxalı, eyni zamanda topdan və pərakəndə satışının təşkili ilə məşğul olur. Davamlı logistika və təşkilatı idarə etmə, keyfiyyətə ciddi nəzarət, daxili bazarın araşdırılması bacarıqlarımızın sayəsində ölkənin öncül idxal şirkətlərindən birinə çevrilməkdədir. Sabiroğlu MMC Türkiyənin Koç Holding-ə məxsus olan OPET FUCHS, SARDES FİLTER və DELSA FİLTER şirkətlərinin, Rusiyanın Devon, Star VOLT, Carville, Airline, Luzar, Ryazanskiy Akkumulyativniy zavod və Coolstream şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur.