Ofis Ziyarəti – Şərq Motors 28.05.2021

Bugün Yapon, Korea və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı, satışı və servis xidmətini həyata keçirən partnyorumuz “Şərq Motors” şirkətinin ofisində qonaq olduq. Partnyorlarımızın iştirakı ilə baş tutan görüşdə şirkət rəhbərləri özlərini və bizneslərini təqdim edərək bir-birlərilə yaxından tanış oldu. Daha sonra “Şərq Motors” şirkətinin rəhbəri Müşviq bəy bizləri şirkətin fəaliyyəti və idxal etdikləri markalar haqqında ətraflı məlumatlandırdı. Sonda isə, “MARSOL” partnyorlarına xüsusi endirimləri olacağını qeyd etdi. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Şərq Motors

Marsol MMC

Sirab

Simurq Supplier

Formag Logistika

Itech Group

2000-ci ildən fəaliyyət göstərən “Şərq Motors” şirkəti Yapon, Korea və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı , satışı və servis xidmətini həyata keçirir . 2007-ci ildə şirkət Hyundai Auto Azerbaijanın rəsmi dileri, 2010-cu ildə Kia Motors Azerbaijanın rəsmi dileri olmuşdur. 2016- cı ildən etibarən şirkət müstəqil olaraq Servis mərkəzi və ehtiyat hissələri mağazalar şəbəkəsilə müştərilərə xidmət edir. Eyni zamanda Aftermarket satış şöbəsi ilə müştərilərinə genişmiqyaslı şəkildə Azərbaycanın bütün bölgələrinə topdan və pərakəndə ehtiyat hissələrinin satışını təmin edir. Şirkət Mando, HCC, CTR , Sakura Filters , ADR Radiators , Federal Power və Genesso brendlərinin Azərbaycandakı rəsmi təmsilçisidir.
19 illik fəaliyyətində geniş imkanlar əldə edərək, uğur və əməkdaşlıq planlarını günü-gündən artıran Şərq motors şirkəti yüksək təcrübəyə, biliyə malik peşəkar məsləhətçi-xidmət personalı və müasir diaqnostika, təmir avandanlıqları ilə müştərilərə xidmət edir.