Ofis Ziyarəti – NI group 09.06.2021

Bugün 3-cü biznes görüşümüz, partnyorumuz “NI Group” şirkətinin ofisində baş tutdu. Şirkətin həmtəsisçisi Emil bəy bizə şirkətin fəaliyyəti və məhsulları haqqında ətraflı məlumat verdi və bu sektorda olan yeniliklərdən danışdı. Görüşdə iştirak edən partnyorlarımız da bir-birləri ilə yaxından tanış oldu, öz işləri haqqında məlumat verdi və yeni əməkdaşlıqlar baş tutdu. Daha sonra partnyorlarımızla birlikdə “NI Group”un mağaza və istehsalatını gəzərək məhsullarla daha yaxından tanış olduq. Başda Emil bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol
Nİ Group
Zarif Emin İnteryer
Garanti Group
Qanun Mühasibatlıq
İnnes MMC
Simurq Supplies

“NI Group” MMC mebel, sənaye, tikinti sektoru üçün gərəkli olan bütün növ xammalların (boya məhsulları, cilalayıcılar, süngərlər, yapışqanlar və s.) satışını həyata keçirir.
Şirkət İbavet, Valresa, İbakimya, DYO, Helios, Smirdex, Freud kimi dünya markalarının rəsmi nümayəndəsidir.