13 Avqust tarixində sahibkarlarla birlikdə partnyorumuz “Doors Gallery” şirkətinin şourumunu ziyarət etdik. Şirkətin rəhbəri Murad bəy bizə satdıqları qapı modellərini təqdim etdi. Sonda isə, çay süfrəsində qonaq olduq. Başda Murad bəy olmaqla bizlə birlikdə iştirak edən hər kəsə təşəkkür edirik.

Görüşdə profilaktik qaydalara riayət edilmiş və sosial məsafə saxlanılmışdır.

Sizin üçün fərq yaratmaq prinsipi ilə fəaliyyət göstərən DOORS GALLERY şirkəti, Türkiyənin MASDOOR otaq qapıları və TETRA DOOR mənzil giriş qapıları fabriklərinin Azərbaycanda eksklüziv distributorudur.
MASDOOR, 1962-ci ildə fəaliyyətə başlayan Sağlamcılar Orman Ürünleri A.Ş-nin markasıdır. İldə 800.000 m2 membran mətbəx qapısı və 125.000 m2 otaq qapısı istehsalı gücünə sahib olub, 45.000 m2 bağlı istehsal xətti və 850 əməkdaşı ilə bütün dünyanın brendinə çevrilməyi bacarmışdır.
TETRA DOOR Kayseri Organize Sənaye bölgəsində 4000 m² qapalı ərazidə illik 30.000 ədəd polad qapı istehsal gücünə malik bir firmadır.
Öncə, keyfiyyət və müştəri məmnuniyyətini prinsipiylə hərəkət edən TETRA DOOR , keyfiyyəti istehsalın və idarəetmənin hər sahəsində tətbiq etməyə çalışır.Bu məqsədə dəstək olaraq məhuslların hamısı ISO 9001 – ISO 14001 keyfiyyət sertifkatlarına sahibdir.

Görüş iştirakçıları:

Doors Gallery
Hafele
BLG
Em Group İnşaat