Bugün sms xidməti ilə məşğul olan partnyorumuz “Bimtek” şirkətinin ofisində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız özlərini təqdim edərək bir-birlərilə tanış oldu. Daha sonra şirkətin rəhbəri Cenk bəy fəaliyyətləri və xidmətləri haqqında bizlərə ətraflı məlumat verdi və bu sahədə olan yeniliklərdən danışdı. Başda Cenk bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Bimtek MMC
Dekoriza
Dr. Qoşqar
Kababçı
Foto Xalça
Estet Company
Marsol MMC

Bimtekin baş ofisi Türkiyədə yerləşir. Türkiyədə Figensoft adı altında fəaliyyət göstərir. Bimtek Azərbaycanda ilk sms işi görən şirkətdir. 2012 – ci ildə Azərcell tərəfindən ən yaxşı sms şirkəti olaraq mükafatlandırılmışdır. Poct Goyercini sms proqramı vasitəsi ilə 3 şəkildə sms göndərmə imkanınız olacaq: Excell üzərindən, Application üzərindən, Web səhifə üzərindən.