Ofis Ziyarəti – AzEstetik Group 06.07.2021

Bugün xanım sahibkarların da iştirakı ilə partnyorumuz “AzEstetik Group”un ofisində qonaq olduq. Əvvəlcə partnyorlarımızla birlikdə çay süfrəsində tanışlıqlar baş tutdu və “Azestetik Group”un rəhbəri Fariz bəy şirkətin fəaliyyəti haqqında bizlərə ətraflı məlumat verdi. Daha sonra ofisi gəzərək, ofis daxilində fəaliyyət göstərən dental laboratoriya, kosmetoloji tədris mərkəzi və kosmetolojı avadanlıqlarla yaxından tanış olduq. Başda Fariz bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Azestetik Group
Caspian Audit
DR Qoşqar
Smart Group
Elka Homes
Lucky Office Support
ALLSMART TECHNOLOGIES
Marsol

AzEstetik Group şirkəti stomatoloji və kosmetoloji sahələrdə beynəlxalq aləmdə tanınmış 45-dən çox şirkətlə əməkdaşliq edərək, yerli bazara keyfiyyətli avadanlıq və materiallarla yanaşı, etibarlı servis də təqdim edir. Şirkətimizin mağazasında, ən son texniki tələbatlara cavab verə biləcək stomatoloji və kosmetoloji aparat, avadanlıq və təchizatlar təklif olunur. Ən güclü texniki servis yalnız bizdədir .