Ofis Ziyarəti Autolux Azerbaijan – 28.07.2021

Bugün partnyorlarımızla birlikdə dünyaca məşhur avtomobillərin Azərbaycandaki rəsmi distributeri olan “Autolux Azerbaijan” şirkətində qonaq olduq. Çay süfrəsində partnyorlarımız bir-birlərilə tanış olmuş, daha sonra, “Autolux Azerbaijan”ın direktor müavini Azər bəy şirkətin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Sonda isə, Azər bəy bizi şourumu gəzdirərək yeni avtomobil modelləri ilə yaxından tanış etmiş və avtomobillər haqqında məlumat vermişdir. Onu da qeyd edək ki, “Autolux Azerbaijan”ın MARSOL partnyorlarına endirimləri mövcuddur. Başda Azər bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Avtolux Azərbaycan
Sabiroğlu
Meslehetci.az
Dolma Restoranı
Logi Group
Kapital Bank
Marsol MMC
Zəfəroğlu İnşaat
Dinçer və Carçıoğlu BM

Avtolüks Azərbaycan MMC-nin əsası, dünyanın ən məşhur avtomobillərini Azərbaycan istehlakçısına əlçatan etmək üçün 2012-ci ildə qoyulmuşdur. Şirkət ilk fəaliyyətinə milyonların arzusu olan Ferrari brendini Bakı sakinlərinə təqdim etməklə başlamış, eləcə də, hələ super-idman avtomobili arzusuna uzaq olan fanatların da özlərini brendin bir hissəsi kimi hiss etməsinə şərait yaratmaq üçün avtomobillərlə birlikdə Ferrari Store-u da şəhərimizə gətirmişdir. Hal-hazırda, Azərbaycan Avtomobil bazarının əsas oyunçularından olan şirkətin ikinci uğuru daha bir İtalyan nəhəngi olan Lamborghini və Collezione Automobili, Lamborghini brendləri olmuşdur. Brend sıralamasını Aston Martin ilə davam etdirən Avtolüks Azərbaycan 2017 ci ildə FCA Group-a aid olan digər 7 brendin – Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional və Jeep-in də rəsmi təmsilçisinə çevrilmişdir. Müştərilərin rahatlığını təmin etmək məqsədilə, bütün brend sıralaması üçün texniki xidmət də təklif edən şirkətin nümayəndəliyi və texniki xidmət mərkəzləri şəhərin tam mərkəzində yerləşir. 150-dən artıq əməkdaşı olan şirkətin bütün usta heyəti aidiyyatı üzrə brendlər ilə təlim keçir və mütəmadi olaraq, yeniliklərlə tanışlıq üçün zavodlara ezam olunurlar. Avtolüks Azərbaycan brend sıralamasını daim genişləndirməkdə və keyfiyyəti bir nömrəli prioritet olaraq saxlamaqda qərarlıdır.