Ofis Ziyarəti – Almet Trading Baku

10 fevral tarixində sahibkarlarla birgə, partnyorumuz olan “Almet Trading Baku” şirkətinin ofisini ziyarət etdik. Şirkətin rəhbəri Elxan bəy bizə gördükləri işlər haqqında ətraflı məlumat verdi. Daha sonra çay süfrəsinə qonaq olduq və partnyorlarımız da öz fəaliyyətləri haqqında məlumat verdilər. Bizi qonaq etdiyi üçün Elxan bəyə və görüşdə iştirak edən partnyorlarımıza təşəkkür edirik.

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

“Almet Trading Baku” QSC gənc şirkət olmasına
baxmayaraq, komandamız bu biznesdə uzun illik
təcrübəyə sahibdir. Bir neçə il ərzində müxtəlif böyük
tikinti şirkətləri ilə əməkdaşlığımız böyümüş
və müştərilərilərimiz ilə sıx münasibətimiz yaranmışdır.
Nəticədə, “Almet Trading Baku” QSC şirkəti
Azərbaycanın tikinti bazarında öz sözünü demiş
bir şirkətə çevrilmişdir. «Almet Trading Baku” QSC
şirkəti əsasən Rusiya və Gürcüstan kimi ölkələrdən
armatur və müxtəlif dəmir məmulatları idxal edir.
Şirkətimizin əsas üstünlüklərindən biri də odur ki,
hər zaman hər növ armatur və dəmir məmulatlarının
çeşidini əldə etmək mümkündür. Sirarişin həcmindən
asılı olmayaraq, müştəri tələblərinə uyğun
olaraq ən tez zamanda və təhlükəsiz şəkildə ünvana
çatdırılmasını təmin edirik.