Ofis Ziyarəti “Abşeron Logistika Mərkəzi” – 30.07.2021

Bugün növbəti görüşümüz Azərbaycanda inteqrasiyaya sahib ilk özəl logistik mərkəz olan, partnyorumuz “Abşeron Logistika Mərkəzi”ndə baş tutdu. Görüşdə tanışlıqlar olmuş və idxal, ixracla bağlı mövzulara toxunulmuşdur. “Abşeron Logistika Mərkəzi” biznesin inkişafı departamentinin direktoru Mayıs bəy mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat vermiş və “3PL” (beynəlxalq daşınma, ölkə daxili çatdırılma, anbar xidmətləri və gömrük brokerliyi) xidmətləri haqqında geniş məlumat verərək partnyorlarımızın suallarını cavablandırmışdır. Daha sonra partnyorlarımızla birlikdə logistika mərkəzinin anbarı ilə yaxından tanış olduq. Anbar bölməsinin direktoru Ceyhun bəy anbar və yüklərin saxlanması ilə bağlı bizə ətraflı məlumat verdi. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Azestetik Group
Şərq Motors
Assterch
A trading Azərbaycan
Ni Group
Sarp systems
Eurodoor
Deltatech
Strix
İceberg Su
Elar Park

Abşeron Logistika Mərkəzi Azərbaycanda
inteqrasiyaya sahib olan ilk özəl logistik
mərkəzdir. 65,7 ha ərazini əhatə edən
mərkəzdə konteyner, vaqon, gömrük, broker,
terminal, anbar, nəqliyyat və 3PL xidmətləri
göstərilir. Mərkəzdə yaradılmış “bir
pəncərə” sistemi və ərazisində “Abşeron”
gömrük postunun yerləşməsi sahibkarlar
üçün şəffaf şəraitin yaradılması, rahatlığın
təmin edilməsinə zəmin yaradır. Mərkəz
ISO 45001:2018, ISO 14001:2015 və ISO
9001:2015 beynəlxalq sertifikatlarına sahibdir.\