Ofis Ziyarəti – Autolux Azerbaijan

Bu ilin ofis və istehsalat ziyarətlərinə start verdik. İlk ofis ziyarətimiz bugün, partnyorumuz olan, Avtolüks Azərbaycan şirkətində baş tutdu. Avtolüks Azərbaycan MMC-nin əsası, dünyanın ən məşhur avtomobillərini Azərbaycan istehlakçısına əlçatan etmək üçün 2012-ci ildə qoyulmuşdur. Şirkət ilk fəaliyyətinə milyonların arzusu olan Ferrari brendini Bakı sakinlərinə təqdim etməklə başlamış, eləcə də, hələ super-idman avtomobili arzusuna uzaq olan fanatların da özlərini brendin bir hissəsi kimi hiss etməsinə şərait yaratmaq üçün avtomobillərlə birlikdə Ferrari Store-u da şəhərimizə gətirmişdir. Bununla yanaşı Lamborghini, Aston Martin, Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional və Jeep-in də rəsmi təmsilçisidir. Bugünkü görüşdə, partnyorlarımız da yeni model avtomobillərlə daha yaxından tanış olmuş və avtomobillərlə bağlı öz suallarını Avtolüks rəhbərliyinə ünvanlamışdır.

İştirak edən hərkəsə və Avtolüks Azərbaycan şirkətinə, bizi qonaq etdiyi üçün təşəkkürümüzü bildirir və işlərində uğurlar arzu edirik.

Görüşdə profilaktik qaydalara riayət edilmiş və sosial məsafə saxlanılmışdır.

Görüş iştirakçıları:

Azestetik Group
Ştutqart Mağazalar Şəbəkəsi
Hikmətoğlu Transport
Strix MMC
Qlaynmaster
Elar Park
Silo Construction
Bakumart Supply MMC
Lassa
AUTOLUX Azərbaycan