Ofis, İstehsalat Ziyarəti AZANİ Tekstil – 29.07.2021

Bugün tekstil sahəsində fəaliyyət göstərən partnyorumuz “Azani” şirkətində qonaq olduq. İlk öncə partnyorlarımız bir-birlərilə tanış olaraq şirkətləri haqqında məlumat verdilər. Daha sonra, “Azani” şirkətinin rəhbəri Afət bəy fabrik haqqında ətraflı məlumat verdi və fabriki gəzdirərək bizi istehsalatla yaxından tanış etdi. Onu da qeyd edək ki, “Azani” şirkətinin istehsal etdiyi məhsul çeşidləri Yapon, Türk və Çin dövlətlərinin istehsalı olan tam avtomatlaşdırılmış avadanlıqlar vasitəsilə tikilir.

Başda Afət bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Azani
Pro Con İzo
Banu Bağça
Crispa Snacks
GreenWood
Lucky Office Support