Naxçıvan Bank – Əməkdaşlıq görüşü

Bu gün “Naxçıvan Bank” Bakı filialının, direktoru Əsədulla İsgəndərovla əməkdaşlıq çərçivəsində görüşümüz baş tutdu. Yenidən MARSOL partnyorları siyashısına daxil olan “Naxçıvan Bank”a fəaliyyətində uğurlar arzu edirik.

2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” ASC fərdi bankçılıq çərçivəsində müştərilərə sərfəli şərtlərlə biznes və istehlak kreditləri, əmanətlər, zəmanətlər, plastik kartlar, pul köçürmələri, hesablaşma-kassa, ekvayrinq xidmətlərini təklif edir.
Yüksək peşəkar komanda ilə əhalinin, habelə kiçik və orta müəssisələrin bütün növ maliyyə xidmətlərinə ehtiyacını təmin etməklə, onların yaxın maliyyə məsləhətçisi olmaq, eləcə də, xidmət səviyyəsini yüksəltməklə müştəri məmnuniyyətini qazanmaq “Naxçıvanbank” ASC-nin əsas missiyasıdır.