MARSOL – Onlayn platforma

Partnyorlarımız üçün daha da faydalı olacaq, yeni layihəmiz olan onlayn platforma üzərində işlərimiz davam edir. Platformanın daha da əlçatan və məhsuldar olması üçün mütəmadi olaraq görüşlər təşkil edilir və partnyorumuz olan şirkətlərin təkliflərini də nəzərə alırıq. Layihə ilə bağlı 3 iyun tarixində ofisimizdə partnyorumuz “Marcom” və “Customar” şirkətinin iştirakı ilə iclasımız baş tutdu. İclasda platformanın hal-hazırkı mərhələsi və gələcəyə doğru daha da təkmilləşməsi üçün müzakirələr edilmişdir.

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.