Lunchef Catering 5 yaş – tədbir

30 Noyabr Arion Hotel-də “MARSOL”un təşkilatçılığı ilə keytring sahəsində fəaliyyət göstərən partnyorumuz “Lunchef Catering Services” şirkətinin 5 yaşı münasibətilə tədbir təşkil edilib. Fərqli ölkələrdən fərqli çeşiddə yemək növləri və milli mətbəxin teamları tədbir zamanı “Lunchef Catering Services” tərəfindən açıq bufetdə qonaqlara servis olunub. Tədbirdə “MARSOL”un 70-ə yaxın partnyoru ilə yanaşı qonaq qismində dəvətlilər də iştirak edib. Şirkətin 5 yaşı münasibətilə şirkət rəhbəri Nilufər xanıma xatirə hədiyyəsi təqdim edildi. Daha sonra Lunchef şirkəti ilə əməkdaşlıq edən partnyorlarımızın təbriklərini dinlədik və şirkətin hazırladığı təamlardan daddıq. Bir daha başda Nilufər xanım olmaqla bütün “Lunchef Catering Services” komandasını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!