iTech Group – 20.05.2021 Ofis Ziyarəti

20 may tarixində partnyorumuz “iTech Group” şirkətinə ofis ziyarəti təşkil etdik.  Partnyorlarımızla birlikdə “iTech Group” şirkətinin məhsulları və fəaliyyəti ilə yaxından tanış olduq. İnformasiya Texnologiyaları haqqında maraqlı müzakirələr oldu və dəyərli məlumatlar əldə etdik. Daha sonra çay süfrəsində qonaq olduq və partnyorlarımız da öz biznesləri haqqında məlumat verdilər. “iTech Group”un rəhbəri İlham bəy başda olmaqla, bizimlə birlikdə iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, işlərində uğurlar arzu edirik.

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

İştirak edən şirkətlər:

Simurq Supplies

Ecomedi

Shams Group

Art Jalüz

Office Pro

iTech Korporativ – İnformasiya Texnologiyaları sahəsində ixtisaslaşmış, peşəkar və sertifikatlı mütəxəssislərdən ibarət Azərbaycanın inkişaf etmiş şirkətidir. Şirkət 2000-ci ildən etibarən ölkədə telekommunikasiya, neft-qaz, hökumət və hüquq mühafizə orqanları, bank, maliyyə, nəqliyyat sektorunda müxtəlif miqyaslı bir çox uğurlu və innovativ layihələr həyata keçirmişdir.

iTech Group tərəfindən təklif edilən İT xidmətlər, məhsullar və həllər geniş sahəni (Sistem inteqrasiyası; Elektron hökumət; Bank və maliyyə institutları; İP-Telefoniya və Çağrı Mərkəzi; Təhlükəsizlik və mühafizə; Kibertəhlükəsizlik; Video konfrans; İnteraktiv səsli xəbərdarlıq; Konfrans zalları, toplantı otaqları və geniş tədbirlər; Kəsintisiz enerji təchizatı, Məlumat Mərkəzlərinin (Data Center) qurulması; İT infrastrukturu, Şəbəkə; Texniki dəstək və s.) əhatə edir.