İDEAL DİZAYN markası 2000-ci ildən Embawood şirkətinin ticari əmtəə nişanı kimi fəaliyyətə başlamış və 2019 cu ildən müstəqil şirkət olaraq fəaliyyətini uğurla davam etdirməktədir. 20 ildən coxdur ki, ideal dizayn markası həm seriyalı istehsal, həm də özəl sifariş əsasında geniş çeşitdə məhsul portfolyosu ilə , ölkəmizdə bir çox ilklərə imza atma prinsipini mənimsəmişdir. İdeal Dizayn , səmərəli ofis və layihələr hazırlamaq və xoş iş yerləri yaratmağın qüruru ilə 21 ildir müştərilərimiz üçün ən yaxşısını istehsal edir.

İdeal Dizayn, beynəlxalq əlaqələri, güclü və ixtisaslaşmış kadr heyəti ilə yarandığı ilk gündən bu günə qədər keçdiyi müddət ərzində istehlakçıların arzularını həyata keçirərək Azərbaycanın aparıcı ofis mebeli brendlərindən birinə çevrilmişdir. İdeal Dizayn olaraq yüzlərlə fərqli layihə dizaynımız və ofis mebeli kolleksiyalarımızla ofislərini yeniləmək istəyənlərin və yeni bir ofis qurmaq istəyənlərin  hər zaman yanındayıq.

İdeal Dizayn iş həyatında funksionallıq və rahatlıq axtaranlar ücün ideal seçimdir!

Misiyamız , Dəyərlərimiz və Vizyonumuz!

  • 20 ildən çoxdur ki, ofis mebeli sektorunda qazandığımız bilik və təcrübəmiz ilə müasir dizayn və texnologiyadan ilham alaraq, yüksək keyfiyyətli məhsullar hazırlamaq siz dəyərli istifadəcilərə funksionallıq və rahatlıq təqdim etmək bizim əsas missiyamızdır.
  • İnsanların sağlamlıq və rahatlıqla bağlı ehtiyaclarına cavab vermek, iş məmnuniyyətini və məhsuldarlığı artırmaq, erqonomik və estetik  fərdi ehtiyacları qarşılamaq bizim əsas məqsədimizdir.
  • Vizyonumuz Qafqazın ofis mebel sektorunda lider brend olmaqla bərabər, bölgədə bazar payını artıran bir brend olmaqdır.

Ünvan: Bakı şəh., Bəsti Bağırova 15A Yasamal rayonu.

Telefon: +994 12 436 74 05

Mobil: +994 55 202 52 19

Call Center: *3434

Web: www.idealdizayn.az

Mail: [email protected]

Facebook: facebook.com/idealdizayn

Instagram: instagram.com/idealdizayn