21 iyul tarixində bir qisim sahibkarla birlikdə, partnyorumuz “Gens Elektrik” şirkətinin mağazasını ziyarət etdik. Şirkətin direktoru Mahir bəy bizi, satdıqları məhsullar və xidmətləri ilə yaxından tanış etdi. Partnyorlarımız da məhsullarla yaxından tanış olma imkanı əldə etdilər. Sonda isə Mahir bəy bizi çay süfrəsinə dəvət etdi və çay süfrəsində tanışlıqlar baş tutdu. Başda Mahir bəy olmaqla, dəvətimizi qəbul edib iştirak edən hər kəsə təşəkkür edirik!

“GENS ELEKTRİK” MMC 2011-ci ildə qurulmuşdur. Şirkətin gənc olmasına baxmayaraq, qısa zaman ərzində gördüyü işlər onu göstərir ki, kollektiv heç fasilə etmədən, Azərbaycan Respublikasının iqtisadiyyatına və sənayesinə öz tövhəsini verməkdədir. Belə ki, Azərbaycan, ABŞ, Finlandiya, Türkiyə və Rusiya kimi ölkələrin nüfuzlu universitetlərinin məzunu olmuş peşakar mühəndislərin rəhbərliyi altında 80 nəfərə yaxın üzvü ilə, bacarıqlı, öz işini sevən, peşakarlığını günbəgün artıran, müştərilərin istəklərini yerindəcə yerinə yetirə bilən şirkət kollektivi fəaliyyət göstərir.
“GENS ELEKTRİK” MMC-nin nəzdində fəaliyyət göstərən “GENS SERVİS”, “GENS PANO”, “GENS ELEKTRİK LAHİYƏLƏNDİRMƏ” Azərbaycanda öz müştərilərinə bütün növ dizel generatorların, avtokarların, qaynaq aparatlarının təmiri və sazlanmasını peşakar səviyyədə təmin edir.
Şirkətin missiyasi:
Dünya markalarını yüksək səviyyədə təmsil etmək, yeni texnologiyaları Azərbaycana gətirib sənayemizi keyfiyyətli məhsullarla təmin etmək, bununla da iqtisadiyyatımızın güclənməsinə yardım etməkdən ibarətdir.

Görüş iştirakçıları:

Gens Elektrik

BLG

AzEstetik Group

Edex