“DillBill” onlayn ingilis dili platforması 2020-ci ildən fəaliyyətə başlamışdır. Şirkətin əsas missiyası ingilis dili tədrisini onlayn şəkildə təmin etməkdir. Ötən 1 ildə “DillBill”in 700 tələbəsi olmuşdur və hazırda platforma 3 Azərbaycan və 2 ABŞ şirkətini onlayn dil təhsili ilə təmin edir.

DillBill şirkətlərə işçilərinin ingilis dili səviyyələrini əhəmiyyətli dərəcədə artırmaq imkanı verir. DillBill ingilis dilini öyrənmək və danışmaq üçün intensive, əyləncəli və maraqlı bir kurs üslubu təklif edir. Ən əhəmiyyətlisi, bütün bunlar, tam onlayndır. Bu o deməkdir ki, müştərilərimiz əməkdaşlarının öyrənmə performansını xüsusi aylıq hesabatlarla izləyə bilərlər.

Missiyamız:

Bizim missiyamız mərkəzində tələbələr dayanmaqla, ən məşğul insanlara belə dil bacarıqlarına yiyələnmək və potensiallarını hər yerdə, hər zaman aşkara çıxarmaq imkanı yaratmaqdır.

Bizim metodikamız

Biz əsasən dilin danışıq səviyyəsinin yüksəldilməsinə fokuslanmışıq. İnsanlar danışmağa həvəslidir, nitqin keyfiyyətli olmasına (arqumentlər, təcrübələr, fikirlər) önəm verirlər.  Biz onların bu həvəsindən istifadə edərək kiçik qruplardan (4 iştirakçıyadək) ibarət danışıq dərsləri hazırladıq. Dərsin müddəti 1 saatdır və 2 hissədən ibarətdir: ilk 15 dəqiqə qrammatik qaydalara, ikinci hissə isə müəyyən mövzuların müzakirəsinə həsr olunur. Müzakirə sualları elə tərtib edilib ki, istifadəçilər danışıq qabiliyyətləri ilə yanaşı həm də arqumentasiya, düşünmə və sorğu-sual etmə vərdişlərini də inkişaf etdirə bilsinlər.

Fərqimiz:

1. Biz digər şirkətlərin heç birinin etməyi unikal bir öyrənmə təcrübəsi təqdim edirik.

2. İstifadəçilərə mükəmməl öyrənmə materialları verilir ki, onları zəngin kitabxanamızdan yükləmək mümkündür.

3. DillBill platformasına istənilən yerdə istənilən zaman daxil olmaq mümkündür. Onlayn platforma istifadəçi yönümlüdür və hər bir kəs tərəfindən 100% rahatlıqla istifadə oluna bilər.

4. Müəllimlərimiz dünyanın müxtəlif ölkələrindən olan (əsasən ABŞ) öyrətmə həvəsli peşəkarlardır.

Xidmətlərimiz

Xarici (Native & non-native) və yerli müəllimlər ilə ayda 26 və ya 12 saat ingilis dilndə danışıq paketləri mövcuddur. Tədris metodikası yalnız danışıq üzərində qurulub. Dərslərə günün müxtəlif saatlarında qoşulmaq mümkündür.

Telefon: +994775791000

Mobil: +994775791000

web: dillbill.com

e-mail: hello@dillbill.net

Facebook: https://www.facebook.com/pg/dillbillaz/

İnstagram: https://instagram.com/dillbillcom

Linkedin: https://www.linkedin.com/company/dillbill