Business Breakfast “MARSOL Business Club” – 28.07.2021

Bugün partnyorlarımızın iştirakı ilə “MARSOL Business Club”da növbəti görüşümüzü təşkil etdik. Ofisimizdə keçirilmiş görüşdə partnyorlarımız bir-birləri ilə yaxından tanış olub, şirkətləri haqqında ətraflı məlumat veriblər. Görüşdə iştirak edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu departamentinin Bakı və xüsusi zonalar üzrə KOB dostu Anar bəy KOBİA-nın fəaliyyəti haqqında məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıb. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

KOBİA
Silo Construction
AFİ ( Qonaq )
Smart Systems
Rattan Bağ Mebelləri
İmprotex Group
BHB Media