Business Breakfast – MARSOL Business Club

Bugün biznes əlaqələrin qurulması məqsədilə “MARSOL Business Club”da təşkil etdiyimiz növbəti “Business Breakfast” görüşümüz baş tutdu. Ofisimizdə qonaq olan partnyorlarımıza klubda yararlana biləcəkləri xidmətlər və sosial fəaliyyətlər haqqında məlumat verildi . Daha sonra partnyorlarımız bir-birləri ilə yaxından tanış oldu, şirkətləri haqqında ətraflı məlumat verdi və biznesə dair bəzi məsələlərdə müzakirələr edildi. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

İştirak edən şirkətlər

CORN Advertising
Nİ Group
Turkesh Dekor
Marsol MMC
Onur Plast
FinPlast
Hafele
Kürə Pizza