Business Breakfast “MARSOL Business Club” – 04.06.2021

Bugün “MARSOL Business Club”da partnyorlarımızın iştirakı ilə növbəti “Business Breakfast” görüşümüzü təşkil etdik. Ofisimizdə qonaq olan partnyorlarımıza klubun mahiyyəti və klub daxili xidmətlər haqqında məlumat verdik. Daha sonra, partnyorlarımızın biznes əlaqələrinin güclənməsi üçün bir-birləri ilə yaxından tanışlıqları baş tutdu və şirkətləri haqqında ətraflı məlumat verdilər. Bununla yanaşı görüşdə iştirak edən partnyorumuz “Arbitro” şirkətinin rəhbəri Nəcəf bəy sahibkarlara “hüquqi dəstək” mövzusunda təlim verdi. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Arbitro
Marsol MMC
Gens Elektrik
Bakudez
MC Union
Emobile
Euroglass ART
FFF+N MMC
Allsmart