Business Breakfast “MARSOL Business Club” – 02.06.2021

Bugün partnyorlarımızın iştirakı ilə “MARSOL Business Club”da növbəti görüşümüzü təşkil etdik. Ofisimizdə keçirilmiş görüşdə partnyorlarımız bir-birləri ilə yaxından tanış olub, şirkətləri haqqında ətraflı məlumat veriblər. Görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatoru Vüsal bəy də iştirak edib. Bununla yanaşı partnyorumuz “Meslehetci.az”ın rəhbəri Abbas bəyin “maliyyə və mühasibatlıq” mövzusunda çıxışı oldu və partnyorlarımız da mövzu ilə bağlı öz fikirlərini bildirdilər. Sonda isə “Ağ Saray Residence”in təqdimatı ilə görüş yekunlaşdı.

Görüş iştirakçılarına təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

Qeyd edək ki, davamlı olaraq təşkil olunacaq biznes görüşlərdə KOBİA-nın nümayəndələri vaxtaşırı iştirak edərək sahibkarları maraqlandıran sualları cavbalandıracaqdır.

İştirak edən şirkətlər:

Okuklu Holding
Eurodoor
Meslehetci.az
KOBİA
Ağ Saray MTK
Naxçıvan Bank
Marsol MMC
Moon Group