Bugün partnyorumuz olan, qadın sahibkarların da iştirakı ilə növbəti “Business Breakfast” görüşümüz baş tutdu. Görüşdə partnyorlarımız bir-birləri ilə daha yaxından tanış oldu və şirkətləri haqqında ətraflı məlumat verdilər. Bununla yanaşı, görüşdə müxtəlif mövzularda müzakirələr edildi. İştirak edən hər kəsə təşəkkür edir və işlərində uğurlar arzulayırıq.

Sonda isə görüşdə iştirak edən partnyorlarımıza “Business Catalogue” 2021-ci il nəşri təqdim edildi.

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.