Birgə və Sağlam İ.B. – 01.07.2021

Partnyorlarımızla birlikdə, sosial tərəfdaşımız olan “Birgə və Sağlam İctimai Birliyi”ni ziyarət etdik və “Kashalata” kafesində qonaq olduq. Autizmli uşaqlarla tanış olduq və onlarla maraqlı söhbətimiz baş tutdu. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

Nəzərinizə çatdıraq ki, “Kashalata” Azərbaycanda autizm sendromlu uşaqların işlətdiyi ilk kafedir.

İştirak edən şirkətlər:

Marsol
Azpark Group
Azestetik Group
Decoriza
Hikmetoglu Transport
Qanun Mühasibatlıq
Office Pro