Banu Bağça – 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Bugün “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə sahibkarlarla birlikdə partnyorumuz “Banu” uşaq bağçasını ziyarət etdik.

Bağçanın rəhbəri Rəşad bəy uşaqlar və kollektivlə birlikdə bizləri qarşıladı. Bağçada təhsil alan müxtəlif yaş qruplarından olan uşaqların səhnədə çıxışları oldu. Uşaqlar şeirlər oxudu, rəqs etdi və öz istedadlarını nümayiş etdirdilər. Sonra isə, uşaqları bu gün münasibətilə təbrik etdik və partnyorlarımızla birlikdə uşaqlara öz hədiyyələrini verdik. Daha sonra sahibkarlarla birlikdə bağçanı gəzdik və bağça ilə yaxından tanış olduq. Sonda çay və kofe süfrəsində tanışlıqlar baş tutdu və iştirak edən şirkət rəhbərləri öz bizneslərindən danışdılar. Başda Rəşad bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

SKY Supply Services
Marsol MMC
Sercair
Asstretch
Banu Bağça
Crispa
Proglass
Zarif_emin_interiors
Lunchef Catering
ADRA
Logi Group