BAKU DİSİNFECTİON CENTER

“Baku Disinfection Center” MMC 2019-cu ildə İqtisadiyyat Nazirliyinin lisenziyasi əsasında yaradılmışdır. Əsas fəaliyyəti dezinfeksiya, dezinseksiya, deratizasiya, təmizlik (cleaning) və hovuz təmizləmə xidmətlərini heyata keçirən “Baku Disinfection Center” MMC-nin başlıca məqsədi qeyd olunan xidmətləri daha yüksək keyfiyyətlə həyata keçirməkdir və ölkədə əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərə, sahibkarlıq fəaliyyətinin inkişafına öz töhfəsini verərək, ölkə başçısı tərəfindən sahibkarlara göstərilmiş yüksək etimadı doğrultmaqdır.

“BAKU DİSİNFECTİON CENTER” MMC ISO 9001:2015 standartı üzrə sertifikasiyadan uğurla keçərək, beynəlxalq etibarlılıq ilə keyfiyyət sertifikatını əldə etmişdir. Bundan başqa, şirkət ətraf mühitin mühafizəsi, çirklənmənin qarşısının alınması, şirkətin ətraf mühitə təsirlərini nəzarətdə saxlamaq üzrə ISO 14001 sertifikatına malikdir. Həmçinin, şirkət iş yerində baş verə biləcək qəzaları, yanğın, peşə xəstəlikləri kimi bütün risk potensiallarını müəyyənləşdirməyə və ilk növbədə bütün mümkün risklərin və qəzaların detallarını təyin etməklə, planlaşdıraraq qarşısını almağa kömək göstərən ISO 45001:2018 sertifikata nail olmuşdur.

“Baku Disinfection Center” MMC sənaye, kommersiya, təhsil müəssisələrində, o cümlədən ticarət mərkəzlərində, otellərdə, ictimai iaşə obyektlərində, habelə çoxmənzilli binalarda və yaşayış sahələrində profilaktik dezinfeksiya və təmizlik layihələrini uğurla həyata keçirən peşəkar mütəxəssis heyətinə (həkim və dezinfektorlara)  malikdir.

Şirkətimiz öz fəaliyyətində Avropa istehsalı olan sertifikatlaşdırılmış dərman vasitələrindən və müasir texnologiyalardan istifadə edir. Bununla bərabər, müştərilərin ehtiyaclarını nəzərə alaraq, şirkətimiz müxtəlif növ dezinfektantların, stendlərin və müxtəlif növ  dezinfeksiya məhsullarının satışını həyata keçirir.  

 Xidmətlərimizin insan sağlamlığına və ətraf mühitə heç bir ziyanverici təsiri yoxdur. Şirkətimiz fərdi və korporativ müştərilərlə əməkdaşlıq edir.

Ünvan: Cavadxan k. 2C

Telefon: (012) 430 03 43

Mobil: 070 431 03 43

web: www.bakudez.az

. e-mail: info@bakudez.az

instagram:bakudez.az, facebook: Baku Disinfection Center