Bakı Tələbat Qabları – Ofis və istehsalat ziyarəti

18 sentyabr tarixində partnyorlarımızla birgə “Bakı Tələbat Qabları” şirkətini ziyarət etdik. Şirkət rəhbərliyi bizi istehsalatla yaxından tanış etdi və şirkət haqqında ətraflı məlumat verdi. Sonda isə çay süfrəsinə qonaq olduq. Dəvətinə görə şirkət rəhbərliyinə və iştirak edən partnyorlarımıza təşəkkür edir, işlərində uğurlar arzu edirik.

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

“Bakı Tələbat Qabları” ASC kənd təsərrüfatı (meyvəçilik, tərəvəzçilik və s.), ət və ət məhsullarının, süd və süd məhsullarının qablaşdırılması və daşınmasında istifadə edilən plastik mənşəli (polietilen (PE), polipropilen (PP), polistrol (PS), polikarbonat (PC), polivinixlorid (PVC), ABS və digərləri) taraların, qutuların, yeşiklərin, istənilən ölçü və dizaynda birdəfəlik qabların, eləcə də, inşaat sektorunda və sənayenin digər sahələrində istifadə olunan geniş çeşidli detal və aksesuarların istehsalı üzrə ixtisaslaşmışdır.