ŞİRKƏT HAQQINDA

AZİNKA İnsan Resursları və Konsultasiya Şirkəti 2003-cü ildə də fəaliyyətə başlamışdır. Şirkətin missiyası biznes etikasına və Azərbaycandakı müştərilərin ehtiyaclarına uyğun optimal insan resursları və müvafiq biznes həlləri ilə təmin etməkdir. Bu günə kimi şirkətimiz Bank, Maliyyə, Sənaye, Təhsil, Səhiyyə və. s kimi sektorlarda fəaliyyət göstərən yerli və xarici şirkətlərlə əməkdaşlıq etmişdir.

XİDMƏTLƏRİMİZ

İR Auditi

İnsan Resursları(HR) sisteminin dayanıqlı fəaliyyətini təşkil etmək məqsədi ilə sistemin bütün hissələrinin yenidən yoxlanılması, çatışmazlıqların müəyyən edilməsi və aradan qaldırılması prosesinin həyata keçirilməsini təşkil edirik.

İR Konsultasiya xidmətləri

Müştərilərimizin ehtiyaclarına müvafiq olaraq xidmət verdiyimiz şirkətin İR strukturunun və talantların idarə edilməsi prosesinin ən optimal formada formalaşdırılması üçün konsultasiya xidmətləri göstəriririk.

Konsultasiya xidmətlərimizə daxildir:

  1. Təşkilatlanma
  2. İş gücü planlama sitemi
  3. İşə qəbul sisteminin qurulması
  4. Adaptasiya, orientasiya
  5. Performansın dəyərləndirilməsi, motivasiya strategiyası
  6. Öyrənmə və inkişaf sisteminin qurulması
  7. Kariyeranın inkişaf etdirilməsi(KİE)
  8. Əmək haqqı və mükafatlandırma
  9. SƏTƏM(HSE)
  10. İR strategiyasının formalaşdırılması
  11. İnteqrə olunmuş istedad idarəetmə sistemi
  12. Korporativ mədəniyyətin inkişaf etdirilməsi

Outsource xidmətləri

Outsource xidmətləri çərçivəsində işçi qüvvənizi öz ştatınızdan çıxarmaqla, habelə təməl biznes fəaliyyəti ilə birbaşa əlaqəsi olmayan funksiyaların xidmət müqaviləsi çərçivəsində üçüncü tərəfə həvalə etmək xidmətini təşkil edirik. Outsource xidmət vasitəsilə siz resurslarınızı administrativ, xidməti və “arxa ofis” işçi qüvvəsinə və biznesinizin əsas funksiyalara daxil olmayan funksiyalarına deyil daha strateji işçilərə və funksiyalara ayırmaq imkanı qazanırsınız.

Aşağıdakı İnsan Resursları funksiyalarınızı bizdən outsource edə bilərsiniz:

  • Kadr Kargüzarlığı
  • Əməyin ödənilməsi
  • Kadr hazırlığı
  • Kadr təminatı- resourcing
  • İşçi bağlılığı

İşçi seçimi və Headhunting

AZİNKA HR&CC 2003-cü ildən etibarən  müxtəlif sahələrdə fəaliyyət göstərən orta və iri  həcmli şirkətlərə işçi seçimi xidmətləri göstərməkdədir. Yerli və xarici şirkətlərin işçi ehtiyacına görə hər bir şirkətin spesifikasına müvafiq təkliflər veririk.

İndiyə qədər yüzlərlə şirkətə orta və yüksək vəzifələr üçün müxtəlif profilli namizəd təmin etmişik. 50.000-dən artıq namizəd bazasına və geniş əlaqələrə sahib AZINKA HR&CC, işçilərin seçim prosesini apararkən səriştə əsaslı metodlardan istifadə edir. Təşkilatların spesifik ehtiyaclarına müvafiq olaraq fərqli koqnitiv, psixoloji və s. testləşdirmə üsulları da təmin edilməkdədir.

Sektor: İnsan resusrları və konsultasiya şirkəti

Ünvan:  11/30, A.Quliyev küç., Babək Plaza, A blok,15-ci mərtəbə,AZ1025, Bakı.

Telefon: (+994 12)  488 05 83

Mobil: (+994 55)  213 14 08

Fax: (+994 12)  564 47 91

web:  azinka.az

e-mail: info@azinka.az

Facebook,  azinkahrcc

İnstagramI      azinkahrcc