Axşam Ziyafətləri

Marsol Group kollektivinin axşam ziyafəti -07.04.2024

Marsol Group komandası olaraq hər zaman əsas prioritetimiz ailə prinsipi formalaşdırmaq olub. Bu gün də, bunu davam etdirərək günü-gündən böyüyürük. Mübarək Ramazan ayında da, ailəmizlə birlikdə iftar etməsək olmazdı. Birlikdə davam etdiyimiz bu yolda nailiyyətlərimizin davamını arzulayır, hər bir əməkdaşımıza təşəkkür edirik!
Ətraflı

Axşam ziyafəti – 04.04.2024

Partnyorlarımızla növbəti dəfə “Axşam ziyafəti və B2B” görüş çərçivəsində bir araya gəldik! “BF Group”la aprelin 4-ü “Restore” restoranında təşkil etdiyimiz görüş çərçivəsində şirkətin rəhbəri Fizuli Bayramov fəaliyyətləri haqqında təqdimat etdi. Daha sonra partnyorlarımız öz şirkətləri haqqında məlumat verərək tanış oldular. Əlbəttə sahibkarların Marsol Group-un gələcək fəaliyyətləri haqqında xəbərdar olması da vacibdir. Bu məqsədlə təqdimatımız zamanı...
Ətraflı

Axşam ziyafəti – 03.04.2024

İnnovativ fikirlərin bir araya gəldiyi daha bir “Axşam ziyafəti və B2B” görüş! 3 aprel tarixində “La Terracce” restoranında sahibkarlarımız üçün səmərəli bir biznes mühiti yaradan, 30-dan çox sahibkarı bu mühitdə bir araya gətirən görüşü bu dəfə “Sarp Systems” şirkəti ilə birgə təşkil etdik. Görüşdə Marsol Group-un təqdimatı zamanı gələcək fəaliyyətlərlə bağlı bir sıra məlumatlar verildi....
Ətraflı

Axşam ziyafəti “Lənkəran” – 02.04.2024

Marsol Region fəaliyyətləri davam edir! Aprelin 2-si Lənkəran şəhərində fəaliyyət göstərən “Bağ Evim” restoranında dövlət, özəl qurum nümayəndələri və sahibkarlarla “Axşam ziyafəti və B2B” görüş çərçivəsində bir araya gəldik. Görüşdə Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq Filialının Masallı rayon Xidmət Şöbəsinin müdiri Səfər Hüseynov, KOBİA-nın Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev, Kapital Bank-ın Lənkəran filialının...
Ətraflı

Axşam ziyafəti – 02.04.2024

Aprelin 2-si Marsol Group partnyorları ilə “Qoç Ət” restoranında bir araya gəldik. Sahibkarlıq ekosistemiandə mövcud tendensiyalar və imkanları müzakirə etdiyimiz “Axşam ziyafəti və B2B” görüşə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov da qatılıb. Görüş, sahibkarların təcrübələrini bölüşməsinə və Agentliklə bağlı daha ətraflı məlumat almasına imkan verib. Həmçinin, Natiq...
Ətraflı

Axşam ziyafəti – 27.03.2024

Marsol Group və “Silo Construction” şirkətinin birgə təşkilatçılığı ilə sahibkarlar “Axşam ziyafəti və B2B” görüş çərçivəsində “Əncir” restoranında bir araya gəlib. Görüş çərçivəsində Marsol Group-un gələcək fəaliyyətləri ilə bağlı bir sıra məlumatlar verilib. Ortaq layihələrə və fəaliyyətlərə doğru əməkdaşlığa imkan yaradan görüş 40-a yaxın partnyorumuzun faydalı müzakirələri və təqdimatları ilə davam edib. 2024-2025-ci ilin Marsol...
Ətraflı

Axşam ziyafəti və B2B “MADO” – 26.03.2024

Marsol Group partnyorları yenidən bir arada.. Martın 26-sı Marsol Group və “Pak Xalça” şirkətinin birgə təşkilatçılığı ilə “MADO” restoranında keçirilən tədbir maraqlı müzakirələrə vasitəçi olub. Tədbirdə partnyorlarımız yeni şirkətlərlə tanış olmaqla B2B əlaqələrini genişləndirmək, eləcə də fəaliyyətləri haqqında məlumat vermək imkanı əldə ediblər. Daha sonra “Pak Xalça” şirkətinin rəhbəri Vüqar Əhmədov çıxış edərək təmizlik sektorunda...
Ətraflı

Axşam Ziyafəti “Kitchen Plus” – 12.03.2024

100-ə yaxın sahibkar “Axşam ziyafəti və B2B” görüşdə bir arada! Marsol Group, “FFF+HF”, “Shane Academy”, “Arenol Group”-un birgə təşkilatçılığı ilə martın 12-si “Kitchen Plus” restoranında təşkil olunan bu tədbir iş dünyasının müxtəlif sahələrindən olan sahibkarları bir araya gətirib. “FFF + HF” şirkətinin rəhbəri Tacirə İslamova, “Shane Academy”nin təsisçisi və direktoru Jalə Bəhramova və “Arenol Group”un...
Ətraflı

“İşgüzar Axşam Ziyafəti” – 09.02.2024

9 fevral tarixində günün son fəaliyyəti olaraq 2023-2024 Marsol Group sponsorları üçün “İşgüzar Axşam Ziyafəti və B2B” görüş təşkil etdik. Görüşdə sponsor şirkətlərlə olan əlaqələri möhkəmləndirmək və yeni iş istiqamətləri haqqında müzakirələr aparmaq imkanımız oldu. B2B formatda iş dünyasının aktual məsələləri, özəl və dövlət təşkilatları arasında əməkdaşlıqlar haqqında fikir mübadiləsi aparıldı. Bununla yanaşı, “Təhsil Tələbə...
Ətraflı