23 apreldə partnyorlarımızın iştirakı ilə “Silo Construction” şirkətilə birlikdə “Atmosphere” restoranında daha bir axşam ziyafəti təşkil etdik. Axşam yeməyi masası ətrafında baş tutan görüşdə yeni tanışlıqlar, səmimi ünsiyyətlər və biznesə dair məslələrdə müzakirələr edilmiş, öz növbəsində görüşdə iştirak edən şirkətlər biznesləri haqqında məlumat vermişdir. Başda “Silo Construction” şirkətinin rəhbəri Emin bəy olmaqla, görüşdə iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, işlərində uğurlar arzu edirik!

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.