Növbəti ofis ziyarətimiz AEM Elektron şirkətinə oldu. Partnyorlarımızla birlikdə AEM Elektron şirkətinin məhsulları və fəaliyyəti ilə yaxından tanış olduq. İnformasiya Texnologiyaları haqqında maraqlı müzakirələr oldu və dəyərli məlumatlar əldə etdik. Sonda isə şirkətin rəhbəri Mirzə bəy partnyorlarımıza hədiyyələrini təqdim etdi. Mirzə bəy başda olmaqla, bizimlə birlikdə iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, işlərində uğurlar arzu edirik.

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

«AEM ELEKTRON» MMC dünyanın məşhur şirkətlərinin istehsalı olan videonəzarət və təhlükəsizlik sistemlərinin, şəbəkə avadanlıqlarının, kompüter aksesuarlarının və digər IT məhsullarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış geniş profilli distribüter şirkətidir.