Acıbadem Healthcare Group

Acıbadem: Müasir tibb mərkəzində unikal xidmətlər kompleksi
1991-ci ildə təsis olunmuş Acıbadem Healthcare Group klinikalar
şəbəkəsi bu gün Türkiyədə özəl tibbi xidmətlər sahəsində
aparıcı təşkilatlardan birinə çevrilmişdir. Şirkət 2012-ci ildən
etibarən Şərqi Asiya ölkələrindəki iri qruplardan biri olan IHH
Healthcare Berhad-la tərəfdaşlıq çərçivəsində beynəlxalq miqyasda
genişlənməsini davam etdirməkdədir. Bu cür əməkdaşlıq
sayəsində, Acıbadem öz həcmi etibarilə dünyanın klinikalar
şəbəkəsinin ikincisi olmuşdur.
21 klinika və 13 tibbi mərkəzdən ibarət olan Acıbadem beynəlxalq
mütəxəssisləri cəlb edərək, ən qabaqcıl dünya texnologiyalarını
tətbiq etməklə tibbi xidmətlər göstərməkdədir.
Ona görə də, dünyanın müxtəlif ölkələrindən olan daha çox
pasiyent Türkiyədə Acıbadem klinikalarında müalicə olunmağı
üstün tuturlar.
Beynəlxalq inkişaf
Təşkilatın inkişafı öz sıralarına yeni klinikaları qoşmaqla və
xidmət sferalarını genişləndirməklə həm ölkə daxilində, həm
də beynəlxalq səviyyədə davam etməkdədir. Acıbadem ən
müxtəlif istiqamətlərdə fəaliyyət göstərir, klinikanın mütəxəssisləri
aşağıdakı sahələrdə daha böyük uğurlar qazanmışlar:
onkologiya, radioterapiya, qamma-bıçaq, kiber-bıçaq, uşaq
neyrocərrahiyyəsi, uşaq ürək-damar cərrahiyyəsi, sümük iliyinin
transplantasiyası, urologiya.

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi, 36.

Tel: +99450 754 69 64 +90 530 153 3542

Web: www.acibadem.com.az

E-mail: AHGUHMAzerbaycan@acibadem.com