“Abşeron Logistika Mərkəzi”nin nümayəndələri MARSOL şirkətində qonaq oldu.

Bu gün partnyorumuz “Abşeron Logistika Mərkəzi”nin nümayəndələri və idarə heyətinin sədri Ziya Ağayev MARSOL şirkətində qonaq oldu. Ziya bəy görüş zamanı MARSOL şirkəti ilə olan əməkdaşlıqları və birgə reallaşdırmağı planladığı yeni layihələr haqqında danışdı, müzakirələr aparıldı. Onu da qeyd edək ki, Abşeron Logistika Mərkəzi Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə beynəlxalq daşıma, anbar, terminal, broker, ölkədaxili daşıma xidmətləri göstərilir.